Salam uşaqlar! Bu gün Alman dilində telefon danışıqları üçün faydalı A2 səviyyəli ifadələrə baxacağıq. Bu ifadələr sizə rahat ünsiyyət qurmağa və zənglərə cavab verməyə kömək edəcək.
Telefon zənginə cavab verərkən özünüzü sadəcə "[Adınız] hier." ( [Adınız] danışır.) deyə təqdim edə bilərsiniz. Kiminləsə danışmaq istəyəndə isə "Könnte ich bitte mit Herrn/Frau [Soyad] sprechen?" (Cənab/xanım [Soyad] ilə danışa bilərəm?) deyə soruşun. Əgər səsi yaxşı eşitməsəniz, "Ich kann Sie schlecht verstehen." (Sizi pis eşidirəm) deyərək problemi bildirin.
Danışığın sonunda "Vielen Dank für Ihren Anruf." (Zənginiz üçün çox sağ olun) deyib, telefonu bağlayarkən mütləq "Auf Wiederhören!" (Hələlik! - telefonda) deməyi unutmayın. Bu ifadələri praktikada tətbiq etməklə daha inamlı olacaqsınız!