Salam uşaqlar! Bu gün sizə Alman dilində "noch" sözünün istifadəsini izah edəcəm. "Noch" əsasən "hələ də" mənasını verir, bir işin və ya vəziyyətin davam etdiyini göstərir.
Məsələn:
Ich schlafe noch. (Mən hələ də yatıram.) – Yəni, oyanmamışam.
Er wohnt noch bei seinen Eltern. (O, hələ də valideynlərinin yanında yaşayır.) – Yəni, köçməyib.
Həmçinin, "noch nicht" birləşməsi "hələ yox" deməkdir. Nümunə: Ich bin noch nicht fertig. (Mən hələ hazır deyiləm.) – Yəni, işim bitməyib. Unutmayın, "noch" davamlılığı vurğulayır. Praktika ilə bu sözü tez mənimsəyəcəksiniz!