Salam uşaqlar! Bu gün Alman dilinin ən vacib və tez-tez istifadə olunan fellərindən biri, sein – yəni "olmaq" felini öyrənəcəyik. Bu fel qaydasızdır, yəni hər şəxsə görə fərqli şəkildə dəyişir və bunu əzbərləmək çox vacibdir.
Gəlin onun necə dəyişdiyinə baxaq:
Ich bin (mənəm): Məsələn, Ich bin Student. (Mən tələbəyəm.)
Du bist (sən): Məsələn, Wo bist du? (Sən haradasan?)
Er/sie/es ist (o): Məsələn, Er ist Arzt. (O həkimdir.)
Sein feli kim olduğumuzu, nəçiyik və ya harada olduğumuzu bildirmək üçün əvəzedilməzdir. Bu formaları öyrənərək, Alman dilində ilk sadə cümlələrinizi rahatlıqla qura bilərsiniz. Praktika ilə hər şey asanlaşacaq!