Präpositionen mit Dativ – Dativlə işlənən önlüklər

Salam uşaqlar! Bu gün Alman dilində Dativ ilə işlənən önlükləri, yəni Präpositionen mit Dativ mövzusuna baxacağıq. Bu önlüklər həmişə özündən sonrakı ismi Dativ halında tələb edir. Yəni artikellər də dəyişir.

Ən çox işlənənlər: aus (dən, dan), bei (yanında), mit (ilə), nach (sonra), von (dən, dan) və zu (yanına) sözləridir. Məsələn, "Ich fahre mit dem Auto" (Mən avtomobillə gedirəm) cümləsində das Auto (orta cins) Dativdə dem Auto olur. Bu önlükləri əzbərləmək Alman dilində cümlə qurmaq üçün çox vacibdir.