Ordinalsahlen – sıra sayları və tarix ifadəsi

Salam uşaqlar! Bu gün Ordinalzahlen – yəni sıra sayları və tarixlərin Alman dilində necə istifadə olunduğunu öyrənəcəyik. Çox sadədir!

Sıra saylarını (birinci, ikinci) düzəltmək üçün əksər hallarda 1-19 rəqəmlərinə -te, 20-dən yuxarı rəqəmlərə isə -ste əlavə edirik. Məsələn, der erste (birinci), der zweite (ikinci), der zwanzigste (iyirminci). Bəzi kiçik istisnalar var: dritte (üçüncü) və siebte (yeddinci).

Tarixləri ifadə edərkən bu sıra saylarından istifadə edirik. Məsələn, "Bugün mayın biridir" demək üçün Heute ist der erste Mai deyirik. Amma "Mayın birində" demək istəyəndə sıra sayı dəyişir və am ersten Mai halına gəlir, yəni sonuna -n əlavə olunur (bu, Datif halıdır). Unutmayın ki, am sözü "on the" mənasındadır. Məsələn, Am zehnten Juli (iyulun onunda). Biraz praktika ilə öyrəşəcəksiniz!